Yevlaxda 26 yaşlı gənci amansızlıqla öldürən kişi tutuldu

10:20 07-05-2020 328

Ötən gün Yevlaxda 26 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə HerGun.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, hadisə ötən gün, saat 14:00 radələrində Yevlax rayonu, Kamil Nəsibov küçəsində baş verib.

Qaraçı millətindən olan 1993-cü il təvəllüdlü R.Dərvişovla eyni millətdən olan 1994-cü il təvəllüdlü C.Seyidov arasında mübahisə yaranıb. Mübahisə zəminində R.Dərvişov ona nalayiq söyüş söydüyü üçün C.Seyidovun qarın nahiyyəsinə üzərindəki bıçaqla zərbə vuraraq öldürüb.

Hüquq-mühafizə orqanları tərəfindən hadisə yerinə baxış keçirilib. Hadisəni törətməkdə şübhəli bilinən R.Dərvişov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə )maddəsi ilə cinayət işi başlanılıb.

Könül Cəfərli