Bu ölkədə prezident seçkiləri təxirə salındı

13:00 07-05-2020 363

Polşada mayın 10-na nəzərdə tutulmuş prezident seçkiləri keçirilməyəcək.

TASS-ın məlumatına görə, Polşada hakim “Qanun və ədalət” partiyasının lideri Yaroslav Kaçinski və onun koalisiya müttəfiqi, “Saziş” siyasi birliyinin lideri Yaroslav Qodin bununla bağlı bəyanat veriblər.

Məlumata görə, Seymin spikeri prezident seçkilərinin yeni tarixini ilk mümkün vaxtda elan edəcək.

Plana əsasən, mayın 10-dan sonra Ali Məhkəmə seçkiləri baş tutmamış elan edəcək.