Şagirdlərin qiymətləndirilməsinin vaxtı açıqlandı - RƏSMİ AÇIQLAMA

17:20 07-05-2020 320

“İyun ayı ərzində şagirdlər arasında ölçmə və qiymətləndirmə keçiriləcək”.

HerGun.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirdiyi brifinqdə Təhsil naziri Ceyhun Bayramov bildirib.

Nazir əlavə edib ki, bu, onlayn şəkildə baş tutacaq:

“İyun ayında üç mindən altı minə yaxın şagird arasında ölçmə və qiymətləndirmə həyata keçiriləcək. Bunun keçirilməsində məqsəd tədqiqat və monitorinqdir ki, proqram neçə mənimsənilib”.

İlhamə Əbülfət