Bu tələbələr semestr imtahanlarını sentyabrda verəcək - RƏSMİ

18:00 07-05-2020 336

“İyun-iyul aylarında imtahanda iştiraka hazır olmayan tələbələr üçün tədris ili öncəsi, yəni avqustun sonu, sentyabrın ilk 15 günü ərzində ali təhsil müəssisələrində tədris semestrinin sessiyası keçiriləcək”.

HerGun.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirdiyi brifinqdə Təhsil naziri Ceyhun Bayramov bildirib.

Onun sözlərinə görə, son tədris ilində tələbələrin yekun attestasiyasının onların dörd illik qiymətləndirilməsinə əsasən həyata keçirilməsi məqbul hesab olunur:

“O tələbələr barədə ali təhsil müəssisələrində kifayət qədər ətraflı məlumat mövcuddur”.

Nazir əlavə edib ki, buraxılış işi yazanlar isə onlayn şəkildə işlərini təqdim edəcək.

İlhamə Əbülfət