Bakı metrosu mayın 9-dan fəaliyyətini bərpa edəcək? - AÇIQLAMA

18:20 07-05-2020 301

Metropoliten tam olaraq fəaliyyətə hazır vəziyyətdə saxlanılır.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov HerGun.Az-a açıqlamasında deyib. Onun sözlərinə görə, metroda infrastrukturun daimi saz vəziyyətdə saxlanılması və qatarların hərəkətə hazır vəziyyətdə olması üçün tədbirlər görülür:

“Metronun fəaliyyətinin tam olaraq hansı tarixdən bərpa ediləcəyinə dair qərarı operativ qərargah verəcək. Bu gün üçün dəqiq olan məsələlərdən biri Nazirlər Kabineti yanında operativ qərargahın yayımladığı metodiki göstərişlərdir. Həmin göstərişlərdə isə ictimai nəqliyyatda, o cümlədən metroda sərnişinlərin maska taxmasının, sosial məsafəni qorumasının məcburi olduğu göstərilib. Karantin dövründə fəaliyyətini bərpa edərsə, “Bakı Metropoliteni”nin əməkdaşları əhaliyə xidmət göstərməyə hazırdır”.

Könül Cəfərli