Parlamentdə iki köməkçi vəzifədən azad edildi – Yeni təyinat oldu

21:00 07-05-2020 37

Milli Məclis sədri Sahibə Qafarovanın köməkçisi vəzifəsindən azad edilib.

HerGun.Az-ın məlumatına görə, spikerin köməkçilərindən biri Aydın Cəfərov vəzifəsindən çıxarılıb.

Hələlik onun yerinə təyinat olmayıb.

Qeyd edək ki, A.Cəfərov həm də Milli Məclisin MDB Parlament Assambleyasındakı nümayəndəsi idi.

Bununla da spikerin köməkçilərinin sayı üç olub.

Parlamentdəki struktur islahatları çərçivəsində Milli Məclis sədrinin birinci müavininin köməkçisi Kəmalə Əzimova da işindən çıxarılıb. Onun yerinə Bəhruz Seyidəhmədli təyin olunub.

Aqşin Kərimov