“Elit” yanır

18:09 15-07-2019 827

Bakıda ticarət və əyləncə mərkəzində yanğın başlayıb.

Hadisə Qaradağ rayonu, Mirzə Ələkbər Sabir küçəsində yerləşən “Elit” ticarət və əyləncə mərkəzində qeydə alınıb.

Yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri cəlb olunub.

Yanğının qarşısının alınması üçün tədbirlər görülür.