Bu şəhərdə “bomj”lar COVID-19-a görə yerləşdirildikləri hoteldə spirtli içki və narkotiklərlə təmin olunur

15:40 08-05-2020 344

ABŞ-ın San-Fransisko şəhərində koronavirusa yoluxduğu təsdiqlənən 270-ə yaxın evsiz hər cür şəraitə malik hotellərdə karantinə alınıb.

Bu barədə “The New York Post” xəbər yayıb.

Başının üstündə damdan və yeməkdən əlavə, asılılığı olan 43 “qonağa” spirtli içki, marixuana və tütün paylamağa icazə verilib.

Şəhər Səhiyyə İdarəsinin nümayəndəsi Cenna Leyn bunun onları qaçmaq istəklərindən çəkindirmək üçün edildiyini bildirib.

Onun sözlərinə görə, hökumət koronavirusun yayılma təhlükəsini bu şəkildə azaltmağa qərar verib.