Müqəddəs Taxt-Tacın Ramazan ayı münasibətilə müraciəti

18:00 08-05-2020 32

Müqəddəs Taxt-Tacın rəsmi internet səhifəsində Dinlərarası Dialoq üzrə Pontifik Şurasının prezidenti Kardinal Migel Angel Ayuso Quiksotun Ramazan ayı münasibətilə dünya müsəlmanlarına ünvanlanmış müraciəti yerləşdirilib.

HerGun.Az xəbər verir ki, ingilis, fransız, italyan və ərəb dillərində dərc olunmuş müraciətdə Roma Papası Fransiskin 2016-cı il oktyabrın 2-də Bakıya səfəri zamanı Heydər Məscidini ziyarət edərkən etdiyi çıxışa aşağıdakı istinad yer alır:

“Bu baxımdan, Roma Papası Fransiskin 2016-cı il oktyabrın 2-də Bakıdakı Heydər məscidini ziyarət edərkən söylədiklərini xatırlatmağa dəyər: “Bu dua yerində qardaşlıq, dostluq şəraitində keçirilən görüşümüz dinlərin məsuliyyət hissi ilə davranan insanlar arasındakı münasibətlərə, onların xoş məramına əsaslanaraq, birlikdə qura biləcəyi harmoniyaya güclü işarədir”.