Klub və bar sahibləri öz müəssisələri üçün yas məclisi keçirdilər - VİDEO

19:40 08-05-2020 41

Hamburqda klub və bar sahibləri öz müəssisələri üçün yas məclisi keçiriblər. Bu barədə RT kadrlar yayımlayıb.

Bildirilir ki, koronavirusun yayılması fonunda bizneslərinə ciddi zərər dəyən sahibkarlar belə qeyri-adi yolla hökumətin diqqətini çəkmək istəyiblər.

Son məlumatlara görə, Almaniyada 169 430 koronavirusa yoluxma halı müəyyən edilib. Yoluxanlardan 141 700 nəfəri sağalıb, 7 392 nəfəri isə ölüb.