Din xadimi uşaqlara təcavüz etdi
07:40 09-05-2020 378
Rusiyada Orenburq vilayətinin Asekeyevski rayonunda bir din xadimi uşaqlara qarşı seksual xarakterli hərəkətlərdə şübhəli bilinərək tutulub.
Orenburg.media-nın məlumatına görə, həmin şəxs iki ay müddətinə həbs olunub.
O, üç yetkinlik yaşına çatmayan şəxsə qarşı təcavüzdə ittiham edilir. Təqsirləndirilən şəxs cinayəti etiraf etməyib və ifadə verməkdən imtina edib.
“O, yetkinlik yaşına çatmayanlara qarşı bir sıra seksual xarakterli hərəkətlər etməkdə ittiham olunur”, - deyə Rusiya Federasiyası İstintaq Komitəsinin Orenburq vilayəti üzrə rəhbərinin baş köməkçisi Anjelika Linkova bildirib.