Mixail Qusman: “Bu, Heydər Əliyevin tarixi addımı idi” – MÜSAHİBƏ

12:40 09-05-2020 528

Bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyev TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanla söhbət edib. Müsahibədə 9 May - İkinci Dünya Müharibəsində Qələbə günü mövzusuna toxunulub.

Bu gün ümummilli lider Heydər Əliyevin adı ilə ayrılmaz şəkildə bağlıdır, çünki Azərbaycanda Qələbə gününün qeyd olunması əvvəllər “Xalq Cəbhəsi” rejimi tərəfindən qoyulmuş qadağanı ləğv edən Heydər Əliyevin əməyidir.

Media.Az-ın söhbət etdiyi Mixail Qusman qeyd edir ki, ötən hər il Heydər Əliyev getdikcə daha monumental və şübhəsiz ki, tarixi şəxsiyyət kimi görünür:

“Əgər bugünkü Azərbaycan haqqında danışsaq, ölkənin inkişafının strateji yollarını əvvəlcədən məhz o, müəyyənləşdirib. Müstəqil Azərbaycanın mövcudluğu faktını təmin edib”.

“Əvvəlki hökuməti – “Xalq Cəbhəsi”ni xatırlatdınız. Bu, mənim fikrimcə, Azərbaycanın müasir tarixinin ən faciəli səhifələrindən biridir. Ölkə nəticədə iqtisadi, sosial və siyasi fəlakət astanasında qaldı. Xalq Cəbhəsinin hakimiyyəti nəticəsində müasir dünyada öz yeri olan müstəqil Azərbaycanın mövcudluğu təhlükə altına düşdü. Mən bir dəfə demişəm və təkrar edirəm ki, Heydər Əlirza oğlu Əliyevi Azərbaycanın xilaskarı hesab edirəm”, - deyə həmsöhbətimiz vurğulayıb.

Mixail Qusman əmindir ki, yalnız Heydər Əliyevin siyasi iradəsi, ona inanan insanlara dəstəyi həmin çətin şəraitdə ölkənin yaşamasına imkan verdi.

“Həmin dövrün siyasi və ya iqtisadi qərarlarından bəhs edərkən, Bakı-Ceyhan neft kəmərinin çəkilməsi qərarını və bir çox başqa məsələləri xatırlayırıq. Tamamilə haqlı olaraq qeyd etdiniz ki, Qələbə gününün bayram təqviminə qaytarılması barədə qərar verildi. Sadə bir qərar kimi görünür. Ancaq bu qərar birləşdirici oldu. Heydər Əliyev faşizm üzərində böyük qələbədə Azərbaycanın, xalqın rolunu və yerini vurğuladı. Bütün yanacaq-sürtkü materiallarının, ordu üçün yanacağın 80 faizdən çoxunun Azərbaycandan gətirildiyini xatırlamaq kifayətdir”, - deyə Mixail Qusman qeyd edib.

“Demişəm və durmadan təkrarlayacağam, təəssüf ki, “Arxa cəbhə qəhrəmanı şəhər” kimi fəxri ad mövcud deyil. Mənim fikrimcə, bu tamamilə Bakıya, məsələn, 130-dan çox hərbi hospitalın olduğu Daşkəndə də aiddir. Orada 1,5 milyon Qızıl Ordu əsgəri sağlamlığını bərpa edib, cəhbəyə qayıda bildi. Ancaq Bakıya qayıtsaq, deyərəm ki, Azərbaycanın qəhrəmancasına əməyi barədə inamla danışa bilərik. Azərbaycanın faşizm üzərində qələbəyə verdiyi töhfəni azaltmaq sadəcə, mümkün deyil”, - deyə Mixail Qusman bildirib.

Onun sözlərinə görə, bu yaxınlarda Prezident İlham Əliyevdən aldığı müsahibədə Azərbaycan dövlətinin rəhbəri tamamilə ədalətli şəkildə tarixi saxtalaşdırmağa çalışanların nifrətə layiq olduğunu söyləyib:

“Mən Heydər Əliyevin Qələbə gününü bayram təqviminə qaytarmaq barədə qərarını bir daha xatırladıram. Bu, Heydər Əliyevin tarixi addımı idi. Onun üçün əsas olan xalqın etimadı idi”.