ÜST rəsmisindən koronavirusun piik həddi ilə bağlı VACİB AÇIQLAMA

18:20 09-05-2020 351

“Dünyada, eyni zamanda, Azərbaycanda koronavirusa yoluxma sayında pik nəticə geri baxanda məlum olur”.

HerGun.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib.

H.Harmancı qeyd edib ki, pik həddin bir dəfə olması yaxşı hal deyil:

“Ölkələr bu cür xəstə artımının altından qalxa bilməz. İnkişaf etmiş ölkələrin bunun qarşısını alması mümkün deyil. Ona görə yoluxma sayında eniş və qalxışların olması məqsəduyğundur”.

İlhamə Əbülfət