Ağsuda polis sakinlərə sanitar rejimin tələblərini izah edib - FOTO

23:40 09-05-2020 363

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan HerGun.Az-a verilən məlumata görə, poçt məntəqələrinin, bankların, idarələrin qarşısına toplaşan vətəndaşlara sanitar rejimin tələbləri izah olunub, onlardan sosial məsafənin qorunması, tibbi maskadan istifadə etmələri tələb edilib.

Asayiş keşikçiləri vətəndaşların sağlamlığına biganə qalmayaraq onlara tibbi maskaların paylanmasında da yaxından iştirak edirlər.