Maradona dünya çempionu olduğu imzalı forması vasitəsi ilə xeyriyyəçilik etdi - FOTO

03:00 10-05-2020 429

Argentina milli komandasının keçmiş futbolçusu Dieqo Maradona xeyriyyə aksiyası keçirib.

“Report”un “El Correo”ya istinadən məlumatına görə, sabiq hücumçu qızıl medal qazandıqları 1986-cı il dünya çempionatındakı avtoqraflı futbolkası ilə 90 kq ərzaq məhsulu, maska və antiseptic maddə toplayıb.

Onların hamısı Rene Favaloro rayonunun sakinləri arasında bölüşdürüləcək.

Qeyd edək ki, aksiya paytaxt Buenos-Ayres ətrafındakı kasıb sakinlərə dəstək məqsədilə təşkil olunub. Əvvəlcə formanı hərracda satmaq planlaşdırılıb.

Lakin sonradan futbolkanın daha çox yardım edənlər arasında oynanılması qərara alınıb.