Didye Droqba İbrahimoviçə qalib gəldi

17:20 10-05-2020 398

Fransa çempionatında son 20 ilin ən yaxşı hücumçusu müəyyənləşib. 

Qiymətləndirmə meyarı azarkeşlər arasında keçirilən sorğu olub. Sorğunu Liqa 1-in saytı keçirib.

Sorğunun nəticəsinə görə, finala Didye Droqba və Zlatan İbrahimoviç çıxıblar. Didye Droqba bu mübarizədə rəqibini üstələyərək birinci olub.