Almaniya paytaxtında güclü yanğın

21:40 10-05-2020 324

Almaniya paytaxtının şimalında, Teqel aeroportunda anbarların yerləşdiyi məkanda yanğın baş verib.

“RİA Novosti” xəbər verir ki, bu barədə şəhərin yanğından mühafizə xidməti məlumat yayıb.

Yanğın zamanı xəsarət alan olmayıb. Hadisənin səbəbləri məlum deyil.

“Bir neçə anbar yanır. Əraziyə 110 əməkdaşla cəlb olunmuşuq və bir neçə istiqamətdə yanğınla mübarizə aparırıq”, - deyə yanğından mühafizə xidməti özünün “Twitter” səhifəsində bildirib.

Hazırda polis əraziyə gedən yolları bağlayıb.