“Survivor” iştirakçısı koronavirusa yoluxdu - FOTO

06:00 11-05-2020 368

Türkiyənin məşhur “Survivor” yarışmasının iştirakçılarından biri koronavirusa yoluxub.

Sondakika.com-un məlumatına görə Makbulə Karabudak özünü narahat hiss etdiyi üçün analiz verib və nəticələr pozitiv çıxıb.

O, özünün sosial media hesabından vəziyyətinin yaxşı olduğunu bildirib.

Qeyd edək ki, Makbulə Karabudak yarışmanın ilk həftəsində adanı tərk etmişdi.