Həbib Nurməhəmmədovdan Ferqyusonun məğlubiyyəti ilə bağlı paylaşım

08:00 11-05-2020 515

Xəbər verdiyimiz kimi, UFC-nin keçirdiyi turnir çərçivəsində qarışıq döyüş növləri (MMA) üzrə amerikalı çempion Castin Getji həmvətəni Toni Ferqyusona qalib gəlib.

Həmin döyüşdən sonra MMA üzrə dünya çempionu Həbib Nurməhəmmədov öz sosial media hesabında “şərhsiz” yazaraq status paylaşıb.

Qeyd edək ki, Ferqyusonun rəqibi Həbib Nurməhəmmədov olmalı idi. Lakin koronavirus pandemiyasına görə sərhədlərin bağlanması səbəbindən bu döyüş baş tutmadı.

Ferqyuson isə bu məlum səbəbi nəzərə almadan Həbibi qorxaqlıqda ittiham etmişdi.

Bildirilir ki, Getjinin növbəti rəqibi Həbib Nurməhəmmədov olacaq.