Elnarə Xəlilova: “Nə qədər arsız olasan ki, karantində konsert verəsən” - FOTO

12:00 11-05-2020 473

“Karantində zəng vurub soruşdular ki, canlı konsert verə bilərsiniz? Dedim ki, konsert hayında deyiləm”.

HerGun.Az xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova Xəzər TV-də yayımlanan “Şən Bazar” səhər şousunda qonaq olarkən deyib.

Sənətçi karantin müddətində həmkarlarının oxuduğu mahnıları, verdikləri konsertləri iynəli sözləri ilə məsxərəyə qoyub:

“Konsert vermək ab-havasında deyildim. Anlayıram ki, bu çətin zamanda bir-birimizə dəstək olmalıyıq. Gərək özünü arsızlığa qoyasan ki, guya hər şey yaxşıdır.

Mən elə edə bilmirəm. Məndə nə varsa, dilimdə, üzümdədir. Hər şeyi dərhal büruzə verirəm. Səhnə üçün darıxsam da budur, darıxmasam da (gülür). Uşaqlarım səhnə üçün darıxmağa qoymadılar”.

Verilişin aparıcısı Zümrüd Bədəlovanın “Karantin müddətində bəstəkarlar yeni mahnılar yazdılar” fikrinə Elnarə ikibaşlı cavab verib:

“Karantin mahnılarıdır (gülür)? Hələ eşitməmişəm”.

Rəşad Əliyev