ABŞ-da Olimpiya çempionunu maşın vurub, öldürdü

02:36 16-07-2019 549

Boks üzrə Olimpiya və peşəkar boksda yüngül çəkidə mütləq dünya çempionu Pernell Uitaker ölüb.

TASS xəbər verir ki, idmançı ABŞ-ın Vircinya ştatında yol qəzasında həlak olub.

Yolu keçmək istəyən 55 yaşlı Uitakeri maşın vurub və o, aldığı zərbədən yerində keçinib.

Qeyd edək ki, 1989-cu ildə “Rinq” jurnalı tərəfindən dünyada ilin ən yaxşı boksçusu seçilən Pernell 2002-ci ildə ən yaxşı boksçuların “100-lüy”ündə 10-cu sırada yer alıb.