Angela Merkeli Hitlerlə müqayisə etdi, vəzifəsini itirdi

18:20 11-05-2020 445

Almaniya kansleri Angela Merkeli Adolf Hitlerlə müqayisə edən Maltanın Finlandiyadakı səfiri Maykl Zammit Tabona tutduğu vəzifədən istefa verib.

“RİA Novosti” xəbər verir ki, bu barədə “Times of Malta” nəşri məlumat yayıb.

Mayın 8-də Avropada İkinci Dünya Müharibəsinin sona çatmasının 75-ci ildönümü qeyd olunduğu bir vaxtda Z.Tabona öz “Facebook” səhifəsində yazıb:

“75 il əvvəl biz Hitleri dayandırdıq. Bəs Angela Merkeli kim dayandıracaq? O, Hitlerin Avropaya nəzarət etmək arzusunu reallaşdırdı”.

Maltanın Xarici İşlər naziri Evarist Bartolo səfirin istefa verdiyini təsdiqləyib və hadisə ilə əlaqədar Almaniyaya üzrxahlıq məktubu göndərəcəklərini bildirib.