Bir milyondan artıq amerikalı məşhur “51-ci bölgə”yə hücum etmək niyyətindədir

03:36 16-07-2019 461

1,14 milyon amerikalı “51-ci bölgə” (Area 51) adlanan ABŞ HHQ-nə məxsus bazaya hücum etmək niyyətindədir.

Washington Post xəbər verir ki, bazaya yürüş haqda Facebook sosial şəbəkəsində “tədbirlər” bölümündə elan yerləşdirilib.

“Onlar bizim hamımızı dayandıra bilməzlər” şüarı altında keciriləcək “tədbir” sentyabrın 20-nə təyin edilib.

ABŞ ordusu komandanlığı bazanı müdəfiə edəcəyini bildirib. HHQ-nin nümayəndəsi Lora Makendrus bildirib ki, qoşun birləşməsi ABŞ-ın mülkiyyətini qorumağa hazırdı.  

“Bu ABŞ HHQ-nin istifadədə olan poliqonudur. Biz bura soxulmağı heç kimə məsləhət görmürük”, - deyə, o bildirib.

Navada ştatındakı “51-ci bölgə” hərbi bazası uzun müddət məxfi sayılıb və burada Yer kürəsinə gəlmiş yadplanetlilərin olduğu və onlar üzərində təhqiqatlar aparıldığı iddia edilir.

2013-cü ildə ABŞ dövləti bazanın mövcudluğunu təsdiq edib. Obyekt güclü mühafizə altındadır.