Polisin fərasəti şəlaləyə qapılmış şəxsi belə xilas etdi - VİDEO

02:20 12-05-2020 34

Şəlalənin sürətli axınında çabalaya-çabalaya qalmış 24 yaşlı səyyahı polis son anda xilas edə bilib.

“Daily Mail” bununla bağlı kadrlar yayımlayıb.

Bildirilir ki, hadisə Kaliforniya ştatında qeydə alınıb. 

Məlumata görə, 24 yaşlı gənc axın sürətini nəzərə almayaraq, şəlalədən keçmək istəyib. Lakin su bir anda onu ağuşuna alıb.

Xoşbəxtlikdən, yaxınlıqdan polis patrul xidmətinin əməkdaşı keçirmiş. O, çox fikirləşmədən çantasının kəmərini çıxararaq gəncə tərəf atıb.

Üçüncü cəhddən sonra turist sudan çıxarılıb. Onun hadisədən cüzi xəsarətlə qurtulduğu vurğulanıb.