Koronavirus testlərinin səhv nəticə verməsinin səbəbi açıqlandı

07:40 12-05-2020 377

Xəstəliyin bütün mərhələlərində koronavirus testləri və antitellər səhvən mənfi nəticə göstərə bilər.

Bu barədə NTV biologiya elmləri doktoru, ABŞ-ın Sistemli Biologiya Məktəbinin professoru Ança Baranovaya istinadən məlumat yayıb.

Mütəxəssis qeyd edir ki, ilk mərhələdə simptomlar olmadıqda belə virus çoxalır və onun daşıyıcısı infeksiyanı yayır. Bu mərhələdə yoluxmuş şəxsin antitel testləri mənfi nəticə verə bilər.

İkinci mərhələdə isə temperatur, öskürək və digər simptomlar ortaya çıxdığı zaman orqanizm əlavə müdafiəni aktivləşdirə, həmçinin insan virus əleyhinə preparatlar qəbul edə bilər.

“Ola bilər ki, ikinci mərhələ saxlanılsın və xəstəlik daha kəskin formaya keçməsin. Bu mərhələdə virus antitellər tərəfindən məğlub edilə bilər. Ən pis halda xəstəlik hələ də başa çatmayacaq. Çünki iltihab qalır, pnevmoniya var. Ancaq bunlar digər amillərin hesabına ola bilər. Belə vəziyyət koronavirus testinin mənfi nəticə verməsinə gətirib çıxarır”, - deyə, A.Baranova bildirib.