Məhəmməd Zərif: ABŞ odla oynayır

07:18 16-07-2019 1134

İran özünün nüvə proqramı haqda qərarını bir neçə saat ərzində dəyişə bilər.

Bunu ölkənin xarici işlər naziri Məhəmməd Zərif Amerikanın NBC telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, nüvə sazişindən çıxmaqla ABŞ odla oynamağa başlayıb.

O əlavə edib ki, Tramp təzyiq altındadır, lakin ətrafdakıların onun qərarlarına təsir etmək cəhdləri uğurla nəticələnməyəcək.

“Düşünmürəm ki, prezident Tramp müharibə istəmir, lakin əminəm ki, onun ətrafı buna etiraz etməzdi”, - deyə, Zərif bildirib.