Kürdəmirdə qətl hadisəsi törədilib

22:20 12-05-2020 538

Kürdəmirdə bıçaqlanma hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Atakişili kəndində qeydə alınıb.

Şilyan kənd sakini, 45 yaşlı Cəbrayılov Cəmşid Səlim oğlu naməlum şəxs tərəfindən bıçaq xəsarəti alıb. Yaralı ətrafdakıların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.