Sabirabadda mərkəzi bazar yanır – FHN səfərbər oldu

08:09 16-07-2019 506

Sabirabad şəhərinin İlham İsgəndərov küçəsində yerləşən mərkəzi bazarında böyük yanğın baş verib.

HerGun.Az xəbər verir ki, hadisə yerinə qonşu rayonlardan da daxil olmaqla FHN-nin 12 yanğınsöndürəm maşını və xeyli sayda canlı qüvvəsi cəlb olunub.

İlkin məlumata görə, “Əmin” marketdə başlanan alov sonradan genişlənib və böyük ərazini əhatə edib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirər davam etdirilir.