Alimlər: Mütəmadi qorxulu yuxu görmək nevrozla əlaqədardır

05:20 14-05-2020 371

Almaniyanın Mərkəzi Psixi Sağlamlıq İnstitutunun alimləri nevroza meyilli və yaşlı insanların qorxulu yuxulardan daha çox əziyyət çəkdiyini bildiriblər.

REN TV xəbər verir ki, tədqiqatçılar yaşları 17-dən 93-ə qədər dəyişən 2 492 kişi və qadın üzərində araşdırma aparıb. Könüllülərə gecə kabuslarının səbəb olduğu əzabları, uşaqlıq və yetkinlik dövründə onların ortaya çıxma tezliyini qiymətləndirmək və şəxsi xüsusiyyətləri üzə çıxarmaq üçün iki anket doldurmaq təklif olunub.

Məlum olub ki, qadınlar kişilərə nisbətən qorxulu yuxulardan daha çox əziyyət çəkir və yaş artdıqca bu hallar daha tez-tez müşahidə olunur.