Beşinci uşaqlarına xəsarət yetirən ailənin dörd övladını əllərindən aldılar

07:20 14-05-2020 342

Rusiyanın Omsk şəhərində beşinci uşaqlarına xəsarət yetirən ailənin dörd övladını əllərindən alıblar.

REN TV bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Omsk vilayəti üzrə mətbuat xidmətinə istinadla məlumat yayıb.

Belə ki, narahat kəndlilər uşaq iki gün küçədə görünməyəndən sonra kənd icma rəhbərinə müraciət ediblər. Mayın 11-də yerli hakimiyyət bu barədə polisə məlumat verib. Hadisə yerinə gələn polis valideynləri evdə sərxoş halda, iki yaşlı qızı isə başında göyərmə və aşınmalarla aşkar edib. Körpə xəstəxanaya yerləşdirilib.

“6, 4, 1,5 yaş və 5 aylıq olan digər uşaqlar sosial təhlükəli vəziyyətdə olmaları ilə əlaqədar tibb müəssisəsinə və sosial reabilitasiya mərkəzinə yerləşdiriliblər”, - sənəddə bildirilib.

30 yaşlı ata və 28 yaşlı ana inzibati məsuliyyətə cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.