Səudiyyə Ərəbistanında Ramazan bayramında da insanlar çölə çıxmayacaq

09:00 14-05-2020 348

Səudiyyə Ərəbistanında Ramazan bayramında da insanlar çölə çıxmayacaq.

“Haber7” bu barədə ölkənin Daxili İşlər Nazirliyinin açıqlamasına istinadla məlumat yayır.

Bildirilir ki, mayın 23-27-si tarixlərinə təsadüf edən bayram günlərində də qadağa tətbiq ediləcək.

Daha sonra ticarət müəssisələri açılacaq və Məkkədən kənarda yaşayanlar yerli vaxtla 09.00-dan 17.00-dək küçəyə çıxa biləcəklər. Səudiyyə Ərəbistanında 24 saatlıq komendant vaxtı tətbiq edilib və Ramazan ayının başlanması ilə qadağa qismən aradan qaldırılıb.

Ticarət mərkəzləri, topdan və pərakəndə satış mağazaları da daxil olmaqla bəzi iqtisadi və ticari fəaliyyətlər yenidən işə başlayıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı mart ayında Ümrə ziyarətlərini dayandırıb.