Məşhur futbolçu evində döyüldü, sevgilisinin isə...

11:20 14-05-2020 460

İngiltərənin “Tottenham” klubunun yarımmüdafiəçisi Dele Alli öz evində qarət olunub və döyülüb.

Bu barədə “The Sun” nəşri yazır.

Hadisə gecə saatlarında baş verib. Bıçaqla silahlanmış iki soyğunçu idmançının evinə girib. Bu zaman Dele Alli sevgilisi Rubi Mey və üç dostu ilə birlikdə bilyard oynayırmış.

Qarətçilər idmançının üzünə zərbə vurublar, onun bahalı “Richard Mille” və “Audemars Piguet” saatını, sevgilisi Meyin isə qızıl əşyalarını əllərindən alıblar.

Futbolçunun yoldaşları da hücuma məruz qalıblar.

Hüquq-mühafizə orqanları qarətçiləri axtarır. 

Dele Alli “Twitter”dən müraciət edərək, özü ilə bağlı hər şeyin qaydasında olduğunu deyib.