AzTV-nin aparıcısı: “Müğənnilər açıq-saçıq geyimləri ilə efiri bazara çeviriblər” - VİDEO

18:00 14-05-2020 506

“Müğənnilərin xətrini çox istəyirəm, onların aralarında dostlarım, çox böyük sənətkarlarımız var”.

HerGun.Az xəbər verir ki, bu sözləri məşhur teleaparıcı Telli Pənahqızı AzTV-də yayımlanan “Çıxışa doğru” proqramında qonaq olarkən deyib.

Aparıcı müğənnilərin aparıcılıq etməsinə sərt münasibət bildirib:

“Müğənnilər jurnalist, nitq qabiliyyətinə malik insanlar deyillər. Bir vaxtlar çoxlu müğənni var idi. Əllərinə mikrofon alıb, veriliş aparırdılar. Adam cümlə qurmağı bacarmır. Onun verilişə dəvət etdiyi insanlar da özünün səviyyəsindədir. Onlar nə ilə camaatı cəlb etmək istəyirlər?

Açıq-saçıq geyimləri, bayağı danışıqları ilə, efirdə bir-birinə atmaca atmaqla, özündən yaşlını təhqir etməklə… Veriliş bazara çevirilir. İndi yavaş-yavaş bu məsələlər yığışdırılır. Milli Televiziya və Radiso Şurası bu məsələlərin üstünə ciddi düşüb”.

Rəşad Əliyev