Qazaxda mikroavtobus qadını vurub öldürdü

11:54 16-07-2019 535

Qazax rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, “Iveco” markalı mikroavtobus yolu keçən 1961-ci il təvəllüdlü İradə Tanrıverdiyevanı vurub.

Nəticədə, piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Nazir Quliyev