Ulduz futbolçudan daha bir nümunəvi addım

12:18 16-07-2019 458

“Arsenal” futbol klubunun almaniyalı oyunçusu Məsut Özil daha bir addımı ilə gündəmə gəlib.

HerGun.Az xəbər verir ki, türk əsilli M.Özil tanzaniyalı xəstə uşaqların əməliyyat xərclərini öz üzərinə götürüb.

Qeyd edək ki, türk model və aktrisa Aminə Gülşə ilə iyunun 7-də evlənən M.Özil toydan sonra kasıb və ehtiyacı olan 16 min insanın yeməklə təmin edilməsinə maddi dəstək olub.

Xatırladaq ki, ulduz futbolçu beş il öncə braziliyalı xəstə uşaqların əməliyyat xərclərini ödəmişdi. 

Rəşad Əliyev