59 yaşlı Xalq artisti: “Hər gün səkkiz kilometr piyada gəzirəm”

22:20 16-05-2020 453

“Sənət insanı gərək özünə fikir versin. Həm geyiminə, həm də oturuşuna-duruşuna. Xüsusi olaraq bu muğam ifa edən xanəndələrə aiddir. Onların geyim tərzləri də fərqlidir”.

HerGun.Az xəbər verir ki, bu sözləri Xalq artisti Mənsum İbrahimov “Xəzər” televiziyasında yayımlanan “X Maqazin” proqramında deyib.

59 yaşlı sənətçi formada qalmaq üçün az yediyini və çoxlu piyada gəzdiyini bildirib:

“Mən hər zaman hərəkətdəyəm. Həyət evində yaşayıram. Hər gün səkkiz kilometr piyada gəzirəm. Fəal həyat tərzi sürürəm. Yeməklə aram yoxdur. Qurman deyiləm. Yeməyimə diqqət edirəm. Həyatda hər şeyin qədərini sevirəm.

Tərəzi bürcündənəm. Hər şeyi 100 dəfə ölçüb, bir dəfə biçirəm. Səhnə insanı hər zaman formada olmalıdır”.

Rəşad Əliyev