Bu gün Bakıda 400-dən artıq küçə və prospekt dezinfeksiya edilib - FOTO

22:40 16-05-2020 318

Bu gün səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən şəhərin mərkəzi küçə və prospektlərində, o cümlədən kənd, qəsəbə və yaşayış massivlərinin küçələrində xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş genişmiqyaslı dezinfeksiya işləri aparılıb. 

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən verilən  məlumata görə, bu işlərə RİH-in strukturuna daxil olan xidmətlərin 40, Daxili İşlər Nazirliyinin 20 xüsusi təyinatlı texnikası və kommunal xidmətlərin iki mindən artıq işçisi cəlb olunublar. 

Saat 18:00-a kimi şəhər mərkəzi və qəsəbələr üzrə 400-dən artıq küçənin dezinfeksiyası təmin edilib.