“Avroviziya” müsabiqəsi fərqli formatda başladı - CANLI YAYIM

23:40 16-05-2020 463

Koronavirus pandemiyası səbəbi ilə bu il “Avroviziya” beynəlxalq mahnı yarışmasının keçirilməsi təxirə salınsa da, müsabiqənin təşkilatçıları tamaşaçılara sözügədən layihənin konsert formatını təqdim ediblər.

HerGun.Az xəbər verir ki, hazırda İctimai televiziyanın efirində canlı yayımlanan “Avroviziya” mahnı şousunda 2020-ci il üçün iştirakçı ölkələrin nümayəndələri, eləcə də, ötən ilin müsabiqə qalibləri və ulduzları iştirak edəcəklər.

İfaçılar onlayn şəkildə mahnılarını səsləndirirlər. Onlar arasında ölkəmizi təmsil edən Samirə Əfəndi də var. İfaçı bir azdan “Kleopatra” mahnısı ilə çıxış edəcək.

Konsert proqramı məşhur televiziya aparıcıları Edsilla Rombley, Chantal Janzen və Jan Smitə həvalə olunub.

Möhtəşəm şounu bəstəkar-müğənni Murad Arif şərh edir.

Rəşad Əliyev