İki gün əvvəl batan gəncin meyiti sudan çıxarıldı

13:18 16-07-2019 481

İki gün əvvəl Bilgəhdə dənizdə batan gəncin meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən, iyulun 14-də Bakı şəhərinin Sabunçu rayonu, Bilgəh qəsəbəsində, dənizdə qeyri-çimərlik (nəzarətsiz) ərazidə batdığı ehtimal olunan 1987-ci il təvəllüdlü Rəsulzadə İlham Tofiq oğlunun axtarışları başa çatıb.

İ.Rəsulzadənin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.