Bu gün Azərbaycanda 71 nəfər koronavirusdan sağalaraq evə buraxılıb

18:20 17-05-2020 19

Bu gün Azərbaycanda 71 nəfər koronavirusdan müalicə olunaraq evə buraxılıb.

Operativ Qəragahdan HerGun.Az-a daxil olan məlumata görə, bununla da ümumilikdə 2015 nəfər müalicə olunaraq sağalıb.

1220 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 43 nəfərin vəziyyəti ağır, 58 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.