Minimum əməkhaqqı artırıldı - SƏRƏNCAM

19:45 18-06-2019 805

Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir  ki, sərəncama əsasən, minimum aylıq əməkhaqqının məbləği 250 manat müəyyən edilir.

Nazirlər Kabinetinə dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərini bir ay müddətində bu sərəncama uyğunlaşdırmaq tapşırılıb.

Sərəncam 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.