ADY rəsmisi: “Qida məhsullarının daşınması fasiləsiz həyata keçirilir”

18:40 17-05-2020 23

Azərbaycan Dəmir Yolları gündəlik istifadə edilən qida məhsullarının təhlükəsiz şəkildə ölkəyə daşınmasını təmin edir.  

Bu sözləri HerGun.Az-a açıqlamasında “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin mətbuat katibi Natəvan Bayramova məlumat verib.  

O bildirib ki, ADY tərəfindən həyata keçirilən yükdaşımalar məhsulların yüksək səviyyədə ölkəmizə gətirilməsini təmin edir:  

“Taxıl, süd və süd məhsulları, un məmulatları, eləcə də digər qida məhsullarının daşınması yüksək səviyyədə həyata keçirilir. ADY tərəfindən gündəlik süfrələrimizdə istifadə edilən bir çox qida məhsulları ilə yanaşı, eləcə də neft və neft məhsullarının da ölkəyə gətirilməsi fasiləsiz şəkildə həyata keçirilir. ADY pandemiya dövründə yükdaşımaların fasiləsiz və ən əsası təhlükəsiz şəkildə ölkəyə gətirilməsinə xüsusi diqqət edir”. 

Könül Cəfərli