Şəmkirdə kafedə yanğın baş verib

19:20 17-05-2020 19

Şəmkirdə kafe yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Şəmkir rayonunda ümumi sahəsi 124 kvadrat metr olan kafenin mətbəxində birinin həcmi 10 litr və digərinin həcmi 25 litr olan iki ədəd məişət qaz balonunda ani alışma baş verib.

Nəticədə kafenin mətbəxinin lambirindən ibarət tavanı 24 kvadrat metr sahədə yanıb. Kafenin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.