“Azərişıq” əməkdaşı elektrik vurmasından vəfat edib - FOTO

22:20 17-05-2020 342

Bakıda bədbəxt hadisə nəticəsində elektrik ölüb.

HerGun.Az xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu Zabrat-1 qəsəbəsində baş verib. “Azərişıq” ASC-nin Sabunçu Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) əməkdaşı iş başında cərəyan vurması nəticəsində ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Şəxsin kimliyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.