Xətai rayonunda iki avtomobil toqquşub - FOTO

00:00 18-05-2020 378

Bakı şəhəri Xətai rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

Belə ki, Ramiz Quliyev küçəsində yerləşən “Nargilə” kafesinin yaxınlığında "Mercedes" markalı avtomobil başqa bir minik maşını ilə toqquşub. 

Xəsarət alanlarla bağlı məlumat hələlik yoxdur. 

Hadisə ilə əlaqədar HerGun.Az-a daxil olan fotoları təqdim edirik.