Yeni Ginnes rekordu üçün 116 saat tualetdə oturdu - VİDEO

14:09 16-07-2019 731

Belçikalı “Ginnesin Rekordlar Kitabı”na düşmək naminə 116 saat unitazda oturub.

UPI xəbər verir ki, Cimmi De Frenn bu məqsədlə Ostende şəhərindəki barların birində unitazda əyləşib.

Onun hədəfində 165 saat olub. Lakin yuxusuzluq pis təsir etdiyinə görə 116 saatdan çox dayana bilməyib.

Belçikalıya hər saatda beş dəqiqə fasilə imkanı verilib. O, bu müddət ərzində gəzişib və tualetdən istifadə edib.