Bakıda iki nəfər köməksiz qaldı

08:00 18-05-2020 20

Bakı şəhərinin Binəqədi rayonunda iki nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. 

Bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşlara kömək göstərilib.