“Qarabağ” komandaya qoşulmayan futbolçusu ilə yollarını ayırdı

14:36 16-07-2019 586

“Qarabağ” haitili futbolçu Donald Qerye ilə yolları ayırıb.

HerGun.Az xəbər verir ki, Haiti millisi ilə “Qızıl Kubok” (Gold Cup) turnirində iştirak edən futbolçu klubla razılaşdırılmış vaxtdan sonra komandasının təlim-məşq toplanışına qayıtmayıb.

Bundan başqa, o, Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ”ın “Partizani” ilə görüşündə iştirak etməyib. Bu səbəbdən də Ağdam klubu futbolçu ilə yolları ayırmaq qərarı verib.

Qeyd edək ki, tam adı Vild-Donald Qerye olan 30 yaşlı sol cinah futbolçusu 2017-ci ilin iyulun 6-da “Qarabağ”la iki illik müqavilə bağlamışdı.

Səbuhi Musayev