Xalq artisti verilişə velosipedlə gəlib mərci uddu - VİDEO

23:00 19-05-2020 679

Xalq artisti Səməd Səmədov Fatmayı kəndində yerləşən bağından “Xəzər” televiziyasına qədər velosipedlə gəlib.  

HerGun.Az xəbər verir ki, “5/5” axşam şousunda qonaq olan 73 yaşlı sənətçi televiziyanın həyətinə velosiped sürərək daxil olub.  

Canlı efirə qatılan Xalq artisti üzünü şounun aparıcısı Zaur Kamala tutaraq, onunla mərc etdiyini bildirib: 

“Fatmayıdən gəlirəm. Zaur, 100 manatımı ver. Mənimlə mərcə girmişdin ki, bağdan velosipedlə gələ bilərsən, ya yox? Şahidlər də var, uduzmusan”.  

Z.Kamal məsələni “Pul söhbəti olmasın. Qonaqlıq verərəm” deyərək, həll etməyə çalışıb.  

Rəşad Əliyev