Məktubla bank soymaq istədilər - VİDEO

05:40 20-05-2020 591

Rusiyanın Sankt-Peterburq şəhərində iki nəfər bank soymağa cəhd edib.

REN TV bununla bağlı kadrları yayımlayıb.

Videodan görünür ki, maskada olan şəxs kassirə məktub uzadır. 

Sonradan məlum olub ki, dələduz kağızda üzərində bomba olduğunu və pulu almayacağı təqdirdə bank ofisini partladacağını yazıbmış.

Lakin bank mühafizəçilərinin operativliyi sayəsində dələduzlar istəklərinə nail ola bilməyiblər.

Son məlumatlara görə, polis artıq həmin şəxsləri saxlayıb. Hadisə ilə əlaqədar cinayət işi qaldırılıb.